Tramp “Boeing 737 Max” təyyarələrinin uçuşunu qadağan etdi - “Boeing” bütün dünyaya müraciət etdi

Tramp “Boeing 737 Max” təyyarələrinin uçuşunu qadağan etdi - “Boeing” bütün dünyaya müraciət etdi

Hurriyyet.org xəbər verir ki, Efiopiya və İndoneziyada baş vermiş təyyarə qəzalarından sonra ABŞ prezidenti Donald Tramp “Boeing 737 Max 8” və “Max 9” markalı təyyarələrin uçuşlarını dərhal dayandırmaq göstərişi verib. Trampın bu qərarından sonra “Boeing” şirkətinin səhmləri 2% ucuzlaşıb.

Aviaşirkət özü prezidentin qərarını dəstəkləyib də Mülki Aviasiya Federal İdarəsinə bu qəbildən olan bütün təyyarələrin uçuşlarının dayandırılmasını tövsiyə edib.

“Boeing” şirkətinin açıqlamasında deyilir: “Boeing” əvvəlki kimi “737 Max” markalı təyyarələrin təhlükəsizliyinə tam əmindir. Lakin ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA), ABŞ Nəqliyyatında Təhlükəsizlik üzrə Milli Şura (NTSB), aviasiya rəhbərlikləri və onların bütün dünyadakı müştəriləri ilə məşvərətdən sonra, güclü təhlükəsizlik tədbirləri görmək məqsədilə, həmçinin, bu təyyarənin təhlükəsizliyi ilə bağlı aviasiya ictimaiyyətini sakitləşdirmək üçün, “Boeing” şirkəti Federal İdarəyə tövsiyə edib ki, hazırda dünyada 371 ədəd olan “Boeing 737 Max” təyyarələrinin hamısının uçuşu müvəqqəti olaraq dayandırılsın”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

51-ci buraxılış
QALEREYA