Tramp Danimarkaya səfərini təxirə saldı - SƏBƏB

  • 2019-08-21 13:43:46
  • |
  • Dünya /

Tramp Danimarkaya səfərini təxirə saldı - SƏBƏB

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Danimarkanın baş naziri Mette Frederiksonla görüşünü təxirə salıb. Səbəb onun Qrenlandiyanın satışı məsələsini müzakirə eləmək istəməməsi olub.

Xanım Mette Frederiksen Trampın dünyanın ən böyük adasını satın almaq istəyini absurd adlandırsa da, Danimarkanın Trampı qarşılamağa hazır olduğunu bildirib. ABŞ prezidentinin səfəri 2-3 sentyabr tarixinə planlaşdırılmışdı.

Amerika prezidenti “Tvitter”dəki səhifəsində yazıb: “Danimarka qeyri-adi insanları olan çox bənzərsiz ölkədir. Lakin baş nazir Mette Frederiksonun dediklərinə görə, o, Qrenlandiyanın satılmasının müzakirə edilməsində maraqlı deyil və mən iki həftə sonraya təyin edilmiş görüşümüzü təxirə salıram”.

Bəlli olduğu kimi, bu günlərdə D.Tramp Qrenlandiya adasını Danimarkadan satın almaq istədiyini bildirmişdi. Ada Şimal Qütbünün mənimsənilməsində strateji əhəmiyyətə malikdir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA