Tramp ən böyük səhvini ETİRAF ETDİ

  • 2018-11-17 19:09:25
  • |
  • Dünya /

Tramp ən böyük səhvini ETİRAF ETDİ

Arlinqton milli qəbiristanlığında veteranlar günü münasibətilə təşkil edilən mərasimə qatılmamağın ən böyük səhvimdir.

Virtualaz.org Fox News telekanalına istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Telekanala müsahibəsində Tramp "Mən mütləq ora getməliydim" ifadəsini işlədib.

O həmçinin əlavə edib ki, dövlət işləri ilə başı çox qarşıqdır.

Mediaite nəşri yazır ki, Ağ Evin sahibi çox nadir hallarda səhvini etiraf edir.

The New York Times isə bir müddət öncə qeyd edib ki, Tramp iki il ərzində Ali Baş Komandan kimi öz funksiyasını dərk etməyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA