Tramp ilə Pelosi deyişdilər - Bir-birini “PSİXİ XƏSTƏ” adlandırdılar

  • 2019-05-24 12:28:58
  • |
  • Dünya /

Tramp ilə Pelosi deyişdilər - Bir-birini “PSİXİ XƏSTƏ” adlandırdılar

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilə ABŞ Nümayəndələr Palatasının demokrat sədri Nensi Pelosi bir-birilərini “psixi sağlamlıqlarının yerində olmadığı” il bağlı təhqir ediblər.

Pelosi prezidenti “Rusiya məsələsi ilə bağlı istintaqın üstünü ört-basdır etməkdə” ittiham eləyib, “ölkənin yaxşılığı üçün” Trampın “qeyri-sabit” davranışlarına ailəsinin müdaxilə eləməli olduğunu söyləyib.

Trampın cavabı gecikməyib. Onu “dəli”, “işəyaramaz” adlandırıb, uzun müddət müşahidə elədiyi Pelosinin əvvəkli kimi olmadığını və psixi sağlamlığını itirdiyini bildirib.

Nensi Pelosi isə “Tvitter”dəki hesabından Trampa cavab verərək istehza ilə yazıb: “Son dərəcədə sabit davranışlı dahi nə vaxt prezident kimi davranmağa başlasa, o zaman onunla infrastruktur, ticarət və digər məsələlər barəsində əməkdaşlığa başlayacağam”.

ABŞ mətbuatı Trampla Pelosi arasındakı deyişmə barəsində yazarkən “təhqirlər havada uçuşur”, “ölkənin ən yüksək səviyyəli rəhbərləri bir-binin psixi sağlamlığından şikayətçidirlər” ifadələrini işlədib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA