Tramp İrana qarşı sanksiyaları artırmaq barədə göstəriş verdi

Tramp İrana qarşı sanksiyaları artırmaq barədə göstəriş verdi

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə genişləndirilməsinə dair göstəriş verdiyini söyləyib.

“Mən maliyyə nazirinə İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılması üçün göstəriş verdim!”, – deyə Tramp ətraflı məlumat vermədən “Tvitter”də yazıb.

Amerika Birləşmiş Ştatlar bundan əvvəl Tehranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etməkdə günahlandırmışdı. \\Teleqraf