Tramp porno aktrisanı məhkəməyə verdi - 20 MİLYON DOLLAR TƏLƏB EDİR

Tramp porno aktrisanı məhkəməyə verdi - 20 MİLYON DOLLAR TƏLƏB EDİR

ABŞ prezidenti Donald Tramp porno aktrisa Stormi Danielsi məhkəməyə verib.

Hurriyyet.org qaynarinfo.az-a istinadən xəbər verir ki, Trampın vəkili Maykl Avenatti əsl adı Stefani Klifford olan aktrisanın aralarında imzalanmış müqavilənin şərtlərini pozmaqda ittiham edir. O bildirir ki, Stormi Daniels azı 20 dəfə bu qaydanı pozub və hər dəfə üçün 1 milyon dollar ödəməlidir.

Qeyd edək ki, aktrisa ilə Tramp arasında 2006-2007-ci illərdə münasibət olub və Daniels 2016-cı ildə bu barədə mediada danışmamaq üçün müqavilə imzalayaraq 130 min dollar pul alıb. Lakin o mediada dəfələrlə bu barədə çıxış edib. Stormi Daniels bildirir ki, ona verilən pulu geri qaytarmağa hazırdır. Ağ Ev isə bu məlumatları təkzib edir.

Porno aktrisa bir müddət əvvəl müqavilənin Tramp tərəfindən imzalanmadığını iddia etmişdi.

Loading...

QALEREYA