Tramp prezidenti satmayan Veneseula ordusunu TƏHDİD ETDİ

  • 2019-02-19 11:41:34
  • |
  • Dünya /

Tramp prezidenti satmayan Veneseula ordusunu TƏHDİD ETDİ

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu dəstəkləməyə davam edən Venesuela ordusunun üzvlərini üstörtülü şəkildə təhdid edərək, “öz gələcəklərini, həyatlarını və Venesuelanın gələcəyini Kuba ordusu tərəfindən nəzarət edilən və qorunan bir adam üçün riskə atdıqlarını” söyləyib.

ABŞ prezidenti Tramp bu sözləri Florida ştatında yaşayan venesuelalı amerikalılarla görüşündə deyib. O, Nikolas Maduronun qanuni prezident olmadığını, özü-özünü müvəqqəti prezident elan eləmiş çevrilişçi Xuan Quaydonun qanuni dövlət başçısı olduğunu iddia edib və Latın Amerikası ölkələrində sosializmin sonunu gözlədiklərini deyib: “Xuan Quaydonun və Venesuela xalqının yanındayıq. Artıq sadəcə Venesuelada deyil, Nikaraqua və Kubdada da sosializmin və kommunizmin günlərlə sayılacaq ömrü qaldı. ABŞ isə əsla kommunist ölkəsi olmayacaq. Venesuelada və qərb yarımkürəsində sosializm ölür, azadlıq, rifah və demokratiya yenidən doğulur”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA