“Tramp Ərdoğana təminat verdi” - ABŞ MƏTBUATI

“Tramp Ərdoğana təminat verdi” - ABŞ MƏTBUATI

Hurriyyet.org xəbər verir ki, Amerikada nəşr edilən “Uol Strit Cornel” ( Wall Street Journal) qəzeti prezident Donald Trampa Türkiyəyə qarşı sanksiya tətbiq eləməsi üçün təzyiqlərin artdığını bildirməklə yanaşı, Trampın Ərdoğana təminat verdiyini iddia edib. Danışıqlar barəsində məlumatı olan amerikalı və əcnəbi mənbələrə istinad edilən xəbərdə Ərdoğanın iyun ayında Yaponiyadakı G20 sammiti zamanı Tramp ilə danışığı zamanı S-400 məsələsi ilə bağlı gərginliyi azaltmağa çalışdığını yazıb. İki nəfər əcnəbi mənbənin sözlərinə görə, Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton cümə günü NATO üzvü olan bəzi ölkələrin nümayəndələrinə “Vaşinqton hökuməti bu həftə hökmən sanksiyalarla bağlı açıqlama verəcək” deyə bildiribmiş. Ağ Ev də Konqres üvlərinə göndərdiyi mesajda D.Trampın xarici işlər naziri Mayk Pompeo və Boltonla danışqdıqdan sonra qərar verəcəyini və məsələnin prezident səlahiyyəti çərivəsində olduğunu bəyan edib.

Bəlli olduğu kimi, Türkiyənin F-35 proqramından çıxarılmaq qərarını bildirməsindən sonra verdiyi ilk açıqlamada Donald Tramp Barak Obama hakimiyyətini ittiham edərək demişdi: “Bu, bir çox tərəfdən çətin bir vəziyyətdir. Hazırda sanksiya məsələsi ilə bağlı nə edə biləcəyimizi götür-qoy edirik. Hələ qərarımızı verməmişik”.

Tramp G-20 sammitindən sonra keçirdiyi mətbuat konfransında da S-400 məsələsi ilə bağlı sələfi Barak Obamanı tənqid eləmiş və Türkiyəni haqlı adlandırmışdı. O, Türkiyənin “Patriot” sistemlərini almaq istədiyini və Obamanın buna əngəl olduğunu bildirərək demişdi: “Ərdoğan raketləri almaq istədiyini söyləməyə, onlar da rədd cavabı verməyə davam etdilər. Türkiyənin bu raket sisteminə ehtiyacı var idi. Bu səfər Rusiya ilə, S-400 almaq üçün müqavilə imzaladı və pul ödədi. Artıq çox gecdir və Türkiyənin edə biləcəyi bir şey yoxdur, çünki, S-400 sistemlərini alıb. Obama dövründə Türkiyəyə qarşı ədalətli davranılmadı”.

G-20 sammitindən sonrakı mətbuat konfransında Türkiyə prezidenti R.T.Ərdoğan demişdi: “Cənab Tramp bugünkü çıxışında sanskiyalar məsələsinə aydınlıq gətirdi. Belə bir şeyin olmayacağını da öz dilindən eşitdiniz”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA