Tramp süni intellektin inkişafı ilə bağlı sərəncam imzalayacaq

Tramp süni intellektin inkişafı ilə bağlı sərəncam imzalayacaq

ABŞ Prezidenti Donald Trampın federal hökumət təşkilatlarının süni intellektin tədqiqi, təbliği və inkişafına əlavə vəsait ayırması barədə sərəncam imzalayacağı gözlənilir.

Hurriyyet.org xəbər verir ki, ABŞ administrasiyası yeni – süni intellekt erasında müvafiq məlumat bazasının yaradılması, onun təhlükəsizliyinin təmin olunması və bu sahədə yüksək ixtisaslı kadrlar hazırlanması üzrə geniş fəaliyyətə başlamağı nəzərdə tutur. Vaşinqtonda hesab edirlər ki, kvant kompüter sisteminin hegemonluğunu təmin edəcək və bugünədək insanların yaradıcılıq səyləri ilə ərsəyə gətirdikləri məhsulların istehsalını həyata keçirəcək yeni texnologiya və proqramlar üzərində nəzarət məhz ABŞ-ın əlində olmalıdır. D.Tramp ötən həftə bildirib ki, bu istiqamətdə görüləcək işlərə böyük maliyyə vəsaitlərinin ayrılması məqsədilə qanunverici orqanın üzvləri ilə görüş keçirəcək.

ABŞ Prezidenti əlavə edib ki, süni intellekt sahəsinə digər sənaye sektorlarından da kəsilən vəsaiti yönəltmək mümkündür. “Süni intellekt amerikalıların həyatının bütün sahələrini əhatə edəcək. Biz səylərimizi birləşdirərək bu texnologiyanın Amerika xalqının mənafeyinə xidmət göstərməsini təmin etməliyik”, -deyə Tramp vurğulayıb.

Ekspertlər bildirirlər ki, hazırda süni intellekt texnologiyalarının yaranması və inkişafı sahəsində ABŞ, Çin, Yaponiya, Böyük Britaniya arasında güclü rəqabət gedir.
/Azərtac/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA