Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələdi: "Əgər xərcləri dərhal qaldırmasalar, o zaman..."

  • 2018-07-12 14:46:07
  • |
  • Dünya /

Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələdi: "Əgər xərcləri dərhal qaldırmasalar, o zaman..."

ABŞ prezidenti Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Almaniyanın “dpa” agentliyinə sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbələr bildirib.

“Əgər Alyansa üzrə dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhslun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar”, – deyə D.Tramp Brüsseldə NATO sammitində vurğulayıb.

Qeyd edək ki, Almaniya müdafiə xərclərini Vaşinqtonun tələb etdiyi həcmdə artırılmasına vəd verməkdən imtina edib. Rəsmi Berlin müdafiə xərclərini 2024-ci ilə qədər ÜDM-in 1,5% -nə qədər artırmağı planlaşdırır.

Loading...

QALEREYA