“Tramp yaxın günlərdə “Əsrin müqaviləsi”ni bəyan edəcək” - İsrail mətbuatı

  • 2019-08-21 12:39:12
  • |
  • Dünya /

“Tramp yaxın günlərdə “Əsrin müqaviləsi”ni bəyan edəcək” - İsrail mətbuatı

Hurriyyet.org xəbər verir ki, “İsrael Hayom” nəşri ölkə məmurlarından birinə istinadən ABŞ prezidenti Donald Trampın qarşıdakı həftələrdə Fələstin-İsrail münaqiəsinin nizamlanması ilə bağlı “Əsrin müqaviləsi”ni bəyan edəcəyini yazıb. Qəzet yazır ki, Trampın planında İsrailin maraqlarına zidd maddələr olacağı təqdirdə, Binyamin Netanyahu Vaşinqton rəhbərliyinin təşəbbüsü ilə razılaşmayacaqdır.

Mənbə deyib: “İsrail Trampın ətrafına keçməyəcəyi çərçivələr barəsində məlumat verib”.

Nəşrin yazdığına görə, söhbət həm də Qərb sahilindəki yəhudi yaşayış məntəqələrinin bağladılması, İsrailin Qüdsə nəzarət eləməsi və fələstinli qaçqınların öz yurdlarına qaytarılmasından gedir.

1967-ci ildən bəri İordan çayının qərb sahili və Şərqi Qüds İsrailin işğalı altındadır. İsrailin işğal elədiyi Qüdsdə 200 min nəfər, İordan çayının qərb sahilində isə yarım milyona qədər yeni yəhudi məskun yaşayır. Beynəlxalq hüquqa görə yəhudilərin yeni salınmış yaşayış məntəqələri qanunsuz hesab edilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA