TRAMPA İSTİNTAQ ŞOKU

  • 2019-03-04 13:03:00
  • |
  • Dünya /

TRAMPA İSTİNTAQ ŞOKU

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Nümayəndələr Palatası prezident Donald Tramp və köməkçilərinə qarşı açılan cinayət işi çərçivəsində 60 nəfərdən sənəd tələb edəcək. İstintaqın nəticələri Trampın vəzifədən çıxarılmasını gündəmə gətirə bilər. ABŞ Nümayəndələr Palatasının Ədalət Komitəsi ABŞ prezidenti Donald Tramp və köməkçilərinə qarşı ədalətə mane olmaq, korrupsiya və öz gücündən sui-istifadə iddialarının istintaqı çərçivəsində 60 nəfərdən artıq şəxsdən sənəd tələb edəcəkdir. ABC televiziyasına müsahibə verən Ədalət Komitəsinin başçısı demokrat Cerold Nadler sənəd tələb ediləcək şəxslər arasında Trampın böyük oğlu və adaşı Donald Trampın da olduğunu açıqlayıb. Cerri Nadler Ağ Ev əməkdaşları və Ədliyyə Nazirliyi məmurlarının da aralarında olduğu 60-dan artıq şəxsə bazar ertəsi günü sənəd tələbnamələrinin göndəriləcəyini söyləyib. Sənəd tələb ediləcək şəxslər arasında Trampın şirkətlərinin maliyyə direktoru olan Allen Vaysselberq də vardır.

Amerika mətbuatı istintaq prosesinin prezident Donald Trampın vəzifəsindən çıxarılması prosesi ilə nəticələnə biləcəyini diqqətə çatdırıb. ABŞ prezidenti Tramp isə heç bir yanlış addım atmadığını və özünə qarşı “cadugər ovu”nun başlandığını bildirib.

Nadler müsahibə zamanı Trampın ədalətin həyata keçməsinə mane olduğuna inanıb-inanmadığı ilə bağlı sualın cavabında deyib: “Bəli, inanıram. Prezidentin ədalətə mane olduğu çox aşkardır”. Trampın vəzifəsindən çıxarılması prosesinin başladılması ehtimalı ilə əlaqədar isə Nadler belə deyib: “Hələ o nöqtəyə gəlməyə çox var. Əlimizdə hələ ki, dəlil yoxdur, lakin lazımi istintaqı aparacağıq”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA