TRAMPA ŞOK! - RƏDD ETDİLƏR

TRAMPA ŞOK! - RƏDD ETDİLƏR

Müttəfiqləri Trampın Suriya tələbini rədd eləyiblər

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ABŞ ordusunun Suriyadan çıxmasından sonra yaranacaq boşluğun avropalı müttəfiqlərinin qüvvələri tərəfindən doldurulması ilə bağlı tələbi, ABŞ-ın döyüş meydanındakı koalisiya ortaqları olan İngiltərə ilə Fransa tərəfindən rədd edilib.

Prezient R.T.Ərdoğan 2018-ci ilin dekabr ayında apardığı telefon danışığından sonra Suriyadakı Amerika hərbçilərini oradan çıxarmaq qərarı vermiş ABŞ prezidenti Donald Trampın yaranacaq boşluğu avropalı müttəfiqlərinin doldurması tələbi rədd edilib.

Amerikada dərc edilən “Vaşinqton Post” qəzetinin yerli və xarici mənbələrə istinad elədiyi xəbərinə görə, müttəfiqlər Trampın bu tələbinin cavabında: “Əgər ABŞ oradan gedərsə, biz də qalmayacağıq”, - deyiblər.

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian ötən həftə verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın siyasətini “çaşqınlıqla qarşıladığını” söyləyib. İngiltərənin xarici işlər naziri Ceremi Hant isə Suriyanı tərk edəcək ABŞ hərbçilərinin yerini ingilis hərbçilərinin alması ehtimalının olmadığını bəyan edib.

İŞİD-lə mübarizə koalisiyasında döyüş meydanında hərbi qüvvələri olan İngiltərə və Fransa ABŞ ilə birlikdə PKK terror təşkilatına təlim, təchizat, loqistika və kəşfiyyat sahələrində dəstək verirlər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA