Trampdan Çinə qarşı növbəti addım - Gömrük vergilərini artırır

Trampdan Çinə qarşı növbəti addım -  Gömrük vergilərini artırır

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Tvitter” sosial şəbəkəsindki açıqlamasında yazıb: “Çindən gələn və hazırda 25 faiz gömrük vergisi tətbiq edilən 250 milyard dollarlıq məhsula 30 faiz vergi tətbiq eləməyə başlayacağıq”.

Tramp ABŞ-ın hər il Çindən alınan məhsullara görə yüz milyardlarla dollar itirdiyini və bunun sonunun olmadığını əvvəlki ABŞ rəhbrlərinin buna icazə verdiklərini irəli sürüb.

“Çin vergiləri artırmamalıydı”

Tramp yazıb: “Ədalətli ticarəti təmin eləmək üçün bu çox ədalətsiz əlaqəni tarazlamalıyıq. Çin 75 milyard dollarlıq Amerika məhsullarına yeni gömrük vergisi gətirməməli idi”. O, Çinin bu qərarı siyasi səbəblərə görə verdiyini bildirib və əlavə edib: “Oktyabrın 1-dən etibarən Çindən gələn və hazırda 25 faiz gömrük vergisi tətbiq edilən 250 milyard dollarlıq məhsula 30 faiz vergi tətbiq eləməyə başlayacağıq. Həmçinin, hal-hazırda 10 faiz vergi tətbiq edilən 300 milyard dollar dəyərindəki Çin məhsuluna da sentyabrın 1-dən etibarən 15 faiz vergi tətbiq edilməyə başlanacaq”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA