Trampdan Şimali Koreya ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM - LƏĞV ETDİ

  • 2019-03-23 13:04:06
  • |
  • Dünya /

Trampdan Şimali Koreya ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM - LƏĞV ETDİ

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı əlavə sanksiyaları ləğv eləmək qərarına gəlib. Tramp bu qərarını martın 22-də “Tvitter”dəki səhifəsində açıqlayıb.

Tramp söhbətin ABŞ Maliyyə Nazirliyinin artıq mövcud olanlara əlavə eləmək istədiyi sanksiyalardan söhbət getdiyini bildirib və yazıb: “ABŞ Maliyyə Nazirliyi Şimali Koreya üçün mövcud sanksiyalara əlavələr ediləcəyi barəsində bu gün açıqlama verib. Lakin mən qərara aldım ki, bu əlavə sanksiyalar ləğv edilsin!”

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, Tramp Şimali Koreyaın lideri Kim Çen Ina rəğbətlə yanaşır və və ona görə də əlavə sanksiyaları vacib hesab eləmir. “Röyters” informasiya agentliyi məhz hansı sanksiyalardan söhbət getdiyinin açıqlanmadığını bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA