Trampdan Şimali Koreyaya “MƏYUSLUQ” MESAJI

Trampdan Şimali Koreyaya “MƏYUSLUQ” MESAJI

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat nümayəndələri qarşısında çıxışı zamanı Şimali Koreyanın yeni raket sınağı müəssisəsində inşaat fəaliyyətinin aparıldığı ilə bağlı belə deyib: “Bir şey söyləmək üçün çox tezdir. Lakin əgər bu doğrudursa, Kim Çen məni çox məyus eləmiş olacaqdır”.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə fevralın 27-də Vyetnamın paytaxtı Hanoy şəhərində görüşsələr də, bu danışıqlarda heç bir razılaşma əldə edilməmişdi.

Tramp Kim ilə görüşü ilə bağlı demişdi: “Onlar sanksiyaların tamamilə ləğv edilməsini tələb elədilər. Bizim isə belə bir planımız yox idi. Ona görə də razılaşmadıq”. Şimali Koreyanın xarici işlər naziri isə görüş zamanı sanksiyaların qismən ləğv edilməsini tələb elədiklərii söyləmişdi.

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo isə danışıqların davam edəcəyini bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA