TRAMPDAN İNANILMAZ ETİRAF! - Müharibələri ABŞ dərin dövləti istəyir

TRAMPDAN İNANILMAZ ETİRAF! - Müharibələri ABŞ dərin dövləti istəyir

Hurriyyet.org xəbər verir ki, Vaşinqtonla Tehran arasında gərginlik günbəgün artdığı bir zamanda ABŞ prezidenti Donald Tramp ABŞ-dakı dərin dövlətlə bağlı inanılmaz bir etiraf edib. İran ilə silahlı müharibə istəmədiyini bildirən Tramp ölkədəki hərbi sənaye kompleksinin daima savaş istədiyini və onu müharibəyə məcbur elədiyini söyləyib.

Amerikanın “Fox News” televiziyasına müsahibə verən Tramp aparıcının “İran ilə toqquşma olmadığınıza dair xalqı arxayın edə bilərsinizmi” sualının cavabında deyib: “19 il davam edən bu müharibələrlə bağlı danışan mənəm. İnsanlar (ABŞ-ın müharibə elədikləri) hələ oradadırlar. Özünüzü aldatmayın, bu ölkədə bir hərbi-sənaye kompleksi var, bunlar daima müharibə olmasını istəyirlər”.

Suriyanı nümunə göstərdi

Tramp hərbi-sənaye kompleksinin müharibə istəyinə nümunə olaraq Suriyanı göstərib. ABŞ prezidenti deyib: “(Suriyadan) hərbçilərimizi geri çağırmaq istədiyimi deyirəm, onlar çılğınlaşırlar. Bu Vaşinqtonda elə insanlar var ki, heç bir yerdən çıxmaq istəmirlər. Deyirəm, yaxşı, geridə bir neçə yüz əsgər buraxacağam. Amma onlara qalmış olsaydı, oraya əlavə minlərə hərbçi göndərərdilər”.

Hurriyyet.org