Trampdan Çinə sərt xəbərdarlıq - TİCARƏT MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR

  • 2019-05-13 18:51:24
  • |
  • Dünya /

Trampdan Çinə sərt xəbərdarlıq - TİCARƏT MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Tvitter”dəki mesajında Çin mallarına qarşı vergi artımına cavab addımı atılmaması barəsində xəbərdarlıq edib. Çinin illərlə ABŞ-dan faydalandığını bildirən Tramp bu səbəbdən ABŞ-ın əlavə vergilərinə qarşı cavab atılmamasının lazım gəldiyini, əks təqdirdə işlərin daha pisləşəcəyini bildirib.

Lakin Çin xəbərdarlığa baxmayaraq, cavab addımları atmağı qərara alıb və iyunun 1-dən etibarən, qüvvəyə minəcək qərara görə, 60 milyard dollar dəyərində, 2493 adda ABŞ məhsuluna qoyulan vergi 25 faiz yüksələcək.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA