“Bu fikrə müsbət yanaşıram” - Trampdan Suriya AÇIQLAMASI

  • 2019-02-23 12:09:50
  • |
  • Dünya /

“Bu fikrə müsbət yanaşıram” - Trampdan Suriya AÇIQLAMASI

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüş zamanı Suriyada “az sayda” ABŞ qüvvələrinin qalmasını müsbət fikir kimi qarşıladığını bildirərək deyib: “NATO və ya başqa hansısa qüvvələrlə birlikdə biz də az sayda qüvvələr saxlaya bilərik. Beləliklə, İŞİD-in yenidən baş qaldırmasının qarşısı alınar. Çoxları bu fikrə tərəfdardırlar, mən də müsbət qarşılayıram. Çünki bu, çox az sayda qüvvə olacaq. Hazırda orada olan 2500 nəfər hərbçimiz isə dünyanın müxtəlif bölgələrinə yollanacaq. Bəlkə, İraqa keçə bilərlər, orada güclü hərbi qüvvəmiz var”.

Tramp İŞİD-in 100 faiz məhv olduğu xəbərini yaxın günlərdə bəyan edəcəklərini söyləyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA