“Trampı həbsxanada görmək istəyirəm”

  • 2019-06-07 11:32:56
  • |
  • Dünya /

“Trampı həbsxanada görmək istəyirəm”

Hurriyyet.org xəbər verir ki, ABŞ ictimaiyyəti Nümayəndələr Palatasının başçısı Nensi Pelosinin ölkə prezidenti Donald Tramp barəsindəki sözlərini müzakirə edir. ABŞ mətbuatı Pelosinin “Trampın vəzifədən çıxarıldığını yox, həbs edildiyini görmək istəyirəm” dediyini yazıb. Nümayəndələr Palatasının başçısı Pelosinin bu sözləri demokrat senatorlarla qapalı iclas zamanı söylədiyi iddia edilir. Nensi Pelosinin Trampın xidmət müddətinin başa çatmasından sonra ədaləti əngəlləmə ittihamı ilə mühakimə edilməsini istəməsi bildirilir. Prezident Tramp isə iddialara istehzalı şəkildə cavab verərək deyib: “Ürkək Nensi”nin sözlərini Demokratlar belə hesaba almırlar. Əlindən gələni eləsin”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA