TRAMPIN İŞİD BƏHANƏSİ: ABŞ prezidenti "əl-Qaidə"nin yüksəlişini görməməzliyə vuraraq "xilafət"in "qayğısına qalır"

  • 2019-02-04 17:26:13
  • |
  • Dünya /

TRAMPIN İŞİD BƏHANƏSİ: ABŞ prezidenti "əl-Qaidə"nin yüksəlişini görməməzliyə vuraraq "xilafət"in "qayğısına qalır"

Qlen Keri

“Bloomberg”, 04.02.2019

Donald Tramp ordunun Suriyadan çıxmarılması fikrini müdafiə etməyə hazırlaşır. Respublikaçılar çətin vəziyyətdədir. Bu müharibə ölkəsində İslam ekstremizmi, görüdüyü kimi, davam edir, prezidentin iddia etdiyi tək, o, məhv edilməyib.

Tənqidçilərin bu məsələdə haqlı olduğunu sübut edən bir çox dəlil var. Ancaq bu, Suriyada qalmaq mənası vermir. Çünki Amerika qoşunları orada ən böyük “cihad qüvvəsi”nə qarşı mübarizəyə marginal şəkildə qatıla bilməz – bu, İŞİD yox, “əl-Qaidə”dir.

Amerika, Rusiya və İranın hərbi qüdrəti və onların yerli müttəfiqlərini nəzərə almala, İŞİD-in Suriya və İraqda heç bir şansa sahib deyildi. Əslində, əvvəl də olmayıb. Amma minlərlə döyüşçü böyük təhlükə olaraq qalır.

Bazar günü CBS telekanalına verdiyi açıqlamada Tramp qondarma xilafətin öz ərazisinin 99%-ini itirdiyini və tezliklə bunun “100% olacağı”nı deyib.

Səkkiz illik vətəndaş müharibəsindən sonra Suriyadakı ən böyük “cihadçı” ərazilər artıq terrora qarşı qlobal müharibədə Amerikanın ilk düşməni olan “əl-Qaidə”yə məxsusdur. Sentyabrın 11-də baş verən hücumlardan təxminən 20 il sonra məlum qrupun Suriya filialı ötən ay kəskin şəkildə İdlib əyalətini ələ keçirib. Onun hərbi gücü on minlərlə döyüşçü, silahlı “cihadçılar”ın ən böyük konsentrasiyasıdır.

İŞİD bəhanəsi

Amma ABŞ ordusu onunla mübarizə aparmır və Trampın çəkilmək planı nəzərə alınmaqla, bunu etmyəcək də. Çünki Rusiya və İran Suriyanın şimal-qərbində həmləyə hazırlaşır. İndi onlar “əl-Qaidə” ilə tam məşğul olmurlar və sentyabr ayında planlaşdırılan hücumu Türkiyəyə görə təxirə salıblar.

“Eurasia Group”-un təmsilçisi Ayham Kamil deyir: “Suriyadakı “cihad problemi” həll edilməyib. Sadəcə, Vaşinqtondakı bütün səs-küy və qəzəbə baxmayaraq, bu dinamikada ABŞ artıq böyük oyunçu deyil.

“İŞİD praktiki olaraq məğlub olub, ABŞ-ın itirakı olmadan. “Əl-Qaidə” Suriyada indi daha böyük problem halına gəlib. Amma İŞİD hələ də müzakirələrin ana mövzusudur, çünki hər kəs bu bəhanədən istifadə edə bilər”.

“Əl-Qaidə”nin qüvvəsi və onun fiziki izi və ya olmayan İŞİD təhdidi Trampın ən yaxın konqresmen müttəfiqlərindən ayrılmasının bir səbəbidir. Senatdakı çoxluğunu lideri Mitç MakKonnell “cihadçılar”ın hələ məğlub edilmədiyini və Amerika milli təhlükəsizlik maraqlarının davamlı öhdəliklərə ehtiyacı olduğunu söyləyib.

“100% məhv”

Respublikaçıların nəzarətində olan Senat ötən həftə Amerika qoşunlarının Suriyadakı rəsmi səbəbi olan islamçı yaraqlılarla mübarizəni davam etdirməyə çağırıb.

Həm də qeyri-rəsmi bir səbəb var: İran.

İranlı döyüşçülər, Rusiyanın hava gücü ilə birlikdə, Suriya prezidenti Bəşər Əsədin Qərb dəstəkli üsyançılara və cihadçılara qarşı vətəndaş müharibəsində qalib gəlməkdə kömək edib. Suriyadan çəkilmək istədiyini söyləyən Trampın sürpriz “tweet”-inə qədər ABŞ səlahiyyətliləri İrana müqavimətin vacibliyini söyləyiblər.

İsrail də ABŞ-ın eyni səbəbə görə Suriyada qalmasını istəyir. Amma çətin Yaxın Şərq münaqişələrindən çıxmağa dair vəd verən Tramp Amerikanın köhnə müttəfiqindən fərqli rəydədir.

Tramp Çərşənbə axşamı gününə nəzərdə tutulan çıxışında “biz tezliklə “Xilafət”i 100% məhv edəcəyik” deyərək, ABŞ qüvvələrinin çəkdikləri halda Belə, həmlələri davam etdirəcəyini söyləməsi gözlənilir.

“Hələ də minlərlə döyüşçü”

Prezident İŞİD-in ərazi təşkilatı olaraq dağılmasını vurğulamağı sevir. Onun kəşfiyyat xidmətləri ötən həftə “Dünya Təhlükə Qiymətləndirməsi”nə istinadən İŞİD şəbəkəsinin təhlükəsini qabardıblar. Hesabatda deyilir ki, “İŞİD hələ də İraqda və Suriyada minlərlə döyüşçüyə əmr edir, yerli şöbələr və tərəfdarlarına dəstək verir”.

Tramp CBS-yə müsahibəsindəABŞ-ın İSİD-ə İraqdan zərbə vura biləcəyini deyib.

Analitiklər deyirlər ki, “cihadçılar” yalnız (amerikalı, rusiyalı və ya başqa növ) hərbi çəkmələrlə əzilə bilməz.

Yaxın Şərqdəki radikal islamçı qrupların yüksəlməsinə səbəb olan şərtlər aradan getməyib. Bölgə son illərdə iqtisadi böyümənin ən pis göstəricisinə sahibdir və gənclərin işsizlik səviyyəsini artırır. Bununla yanaşı, İraq, Suriya, Liviya və Yəməndə müharibələr geniş ölüm və sosial iflas miqyası doğurub.

“Daha pis”

“Müsəlman ölkələrində gənclərin radikallaşmasına imkan verən şərtlər daha da pisləşib”, – Ottava Professional İnkişaf İnstitutunun xarici siyasət mütəxəssisi Kamran Buxari deyir.

Suriyada və ya İraqda döyüşən döyüşçülər gizli təşkilatlanma və başqa yerlərdə yenidən üzə çıxmağı yaxşı öyrəniblər.

İŞİD döyüşçüləri Əfqanıstan, Liviya və Böyük Səhra bölgəsində fəaldır. Corctaun Universitetinin Təhlükəsizlik Tədqiqatları Mərkəzində Yaxın Şərq üzrə ekspert Paul Sullivan bəzi digər yerləri sdalayır: “Misir, Tunis, Orta Asiya, Cənub Asiya, Cənub-Şərqi Asiya və daha çox məkan. Bu döyüşdə bərkimiş və amansız terroristlər qısa müddətdə qeyri-sabitlik və şiddət qaynağı ola bilərlər”.

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA