Trampın Oman vasitəsilə göndərdiyi ismarıcın cavabında İran İsveçrə səvirliyinə xəbər göndərdi: “ABŞ MƏSULİYYƏT DAŞIYACAQ”

  • 2019-06-21 17:46:31
  • |
  • Dünya /

Trampın Oman vasitəsilə göndərdiyi ismarıcın cavabında İran İsveçrə səvirliyinə xəbər göndərdi: “ABŞ MƏSULİYYƏT DAŞIYACAQ”

Hurriyyet.org xəbər verir ki, iranlı bir məmur ABŞ prezidenti Donald Trampın Oman dövlətinin vasitəçiliyi ilə dünən mesaj göndərdiyini və mesajda İrana hücum edəcəkləri ilə bağlı təhdid edildiklərini söyləyib. “Röyters” agentliyinin məlumatında Trampın müharibə yox, müzakirə tələb elədiyi, müzakirələrə başlamaq və mesajına cavab üçün möhlət qoyduğu bildirilir.

Tehran iqtidarı ABŞ-ın hər hansı bir hücumunun “regional və beynəlxalq nəticələri” ola biləcəyi barəsində Trampa xəbərdarlıq edib. İran hökuməti ölkənin ali dini lideri Xamaneinin müzakirələrə qarşı olduğunu, lakin mesajın Xamaneiyə çatdırılacağını bəyan edib.

İrandan növbəti açıqlama

İran İsveçrə səfirinə bildirib ki, İrana qarşı baş verəcək hər hansı bir hərbi müdaxilənin nəticələrinə görə ABŞ məsuliyyət daşıyacaqdır.

“Tramp İrana hücum edəcəkdi” iddiası

Amerikanın “Nyu York Trayms” (NYT) qəzeti adının açıqlanmasını istəməyən bəzi yüksək vəzifəli məmurlara istinad elədiyi xəbərində ABŞ prezidenti D.Trampın İrana qarşı hücum qərarından son dəqiqədə vaz keçdiyini bildirmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA