TÜRK və ABŞ ORDULARI ÜZ-ÜZƏ

TÜRK və ABŞ ORDULARI ÜZ-ÜZƏ

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Afrində aparılan əməliyyatlarındünya ictimaiyyətinə “Türkiyənin Suriyanı işğal elədiyi” şəklində təqdim edilməsinin reallığı əks etdirmədiyini bildirərək deyib: “Suriyanı işğal eləmirik. Biz terror təhdidini dəf edirik. Suriya torpaqlarında qətiyyən gözümüz yoxdur. Əgər belə bir niyyətimiz olsaydı, o zaman Cerablus, Əl Bab və digər nöqtələrdə qalardıq”.

Televiziyaya müsahibə verən Kalın əməliyyatın günlərlə və hətta həftələrlə davam edə biləcəyini deyib.

Türkiyənin özünü müdafiə haqqının olduğunu bildirən Kalın deyib: “PKK-nın Suriyadakı qolu olan PYD/YPG son bir il ərzində Türkiyəni hədəfə alan 700-dən artıq hücum həyata keçirib, ərazimizdə yerləşən Hatay, Kilis rayonlarına zərbə endirdi, xeyli itkimiz oldu. Onlara dəfələrlə xəbərdarlıq etdik... Biz bu terrorçu şəbəkəsinin sərhədimizdə olmasına imkan verməyəcəyik. Bu terroru şəbəkənin sərhədimizdə fəaliyyət göstərməsinə imkan verməyəcəyik. Afrin xalqı da bu insanların bölgədən uzaqlaşdırılmasını istəyir”.

Ərazidə illərlə yurd salmış İŞİD və YPG-nin Türkiyəyə qarşı bir əməkdaşlıq etdiklərini bildirən Kalın deyib: “Bəlkə bizim hərbçilərimizə, bəlkə də ASO-ya hücum edəcəklər. Nələr olacağını bilmirik. Bu, son məlumatdır. Mühüm olan məqam budur ki, istər YPG olsun, istərsə də İŞİD – Afrindən ölkəmizə, şəhərlərimizə, millətimizə qarşı bir terror təhdidi var... Sərhədlərimizi qorumaq vətəndaşlarımız qarşısında borcumuzdur”.

Türk və ABŞ hərbçilərinin qarşı-qarşıya gəlməməsi üçün...

Afrindən sonra Menbiçdə türk ordusu ilə ABŞ ordusunun qarşı-qarşıya gəlməsi ehtimalı barəsində danışan Kalın deyib: “Belə bir şeyin olmaması üçün ABŞ ilə koordinasiya içərisindəyik. Amma ABŞ-ın istər Menbiçdə, istərsə də Suriyanın başqa yerlərində PYD/YPG terrorçularına verdiyi dəstəyi kəsməsini istəyirik”.

Hurriyyet.org

Loading...

QALEREYA