TÜRKİYƏ ABŞ-ÇİN SAVAŞININ TƏN ORTASINDA: Vaşinqton "Asiya əjdahası"nın Aralıq dənizinə yolunu kəsə biləcəkmi?- ARAŞDIRMA

TÜRKİYƏ ABŞ-ÇİN SAVAŞININ TƏN ORTASINDA: Vaşinqton "Asiya əjdahası"nın Aralıq dənizinə yolunu kəsə biləcəkmi?- ARAŞDIRMA

İftarda, imsakda qarşılaşdığım dostlarım daxili siyasətlə həddindən artıq çox maraqlanırlar. “Təkrar keçiriləcək İstanbul seçkiləri necə olacaq?” sualı ilk sırada gəlir. Bu sualı “İqtisadiyyat necə olacaq, valyutanın kursu hara qədər yüksələ bilər?” sualları təqib edir. Başqa suallar da yox deyil.

Bu suallara cavab vermək üçün Türkiyənin mövqeyini və gücünü yaxşı bilmək şərtdir. Bunu bilmək üçün də məsələyə geniş baxmaq lazımdır.

1700-cü illərdə qlobal iqtisadiyyatın 35%-i Çinin payına düşürdü.

2030-cu ildə də bu rəqəm yenidən 35%-ə çatacaq. Dünyada istehlak edilən hər 100 maldan 35-i Çin malı olacaq. Bu da Çini yeganə supergüc halına gətirəcək. Bu, məlum olmayan bir şey deyil.

Çin son on ildə bir çox ölkənin önəmli şirkətlərini satın alıb. Bir çox önəmli şirkətlə də ortaqlıq qurub. Telekommunikasiya nəhəngi Huawei” ilə hər bir ölkəyə girməyi bacarıb.

ABŞ yeni “İpək yolu” ilə çökəcəyini bilir. Çin istehsal, ABŞ isə istehlak edən cəmiyyətdir. Bəs ABŞ istehlak etdiyi məhsullar üçün pulu haradan tapacaq? Körfəzin ərəb dövlətlərinin sərmayəsi, əlbəttə, önəmli bir qaynaqdır. Ancaq bu, nə qədər davam edə bilər? Yeni dünya nizamı üçün neft son dəfə önəm kəsb edir. Bu səbəblə, Orta Şərq, Afrika, Aralıq dənizi və əlbəttə, Venesuela ABŞ üçün artıq vazkeçilməz əhəmiyyət kəsb edir.

Maduroya qarşı əməliyyat başlamadan öncə Vaşinqton Karakasa xüsusi bir adam göndərdi. Bu adam Venesuela neftinin hamısının ABŞ-ın nəzarətində olmasını istədi. Əgər Maduro bu təklifi qəbul etsəydi, bu gün xoşbəxt, hüzurlu şəkildə öz vəzifəsini icra etmiş olardı. “Xeyr” dedi və toqquşma başladı. ABŞ-ı çox çətin vəziyyətdə qoyan Venesuela Milli Kəşfiyyat Xidmətinin sabiq rəisi general Kristofer Fiquera Maduroya qarşı olduğunu açıqladı.

İndi ABŞ Çinin yeganə supergüc olmasına mane olmaq üçün neft üstündə əməliyyat quracaq. Çinin ən çox neft aldığı ölkələr Səudiyyə Ərəbistanı, İraq, İran, Oman, Rusiya, Anqola, Liviya, Venesuela və Braziliyadır.

Səudiyyə Ərəbistanı, demək olar ki, ABŞ-ın nəzarətindədir. İraq, Oman və Anqola da həmçinin. Bu səbəblə, İran və Rusiyanı küncə sıxışdıran bir ABŞ görürük. Braziliyada isə Dilma Russeffin başına gəlməyən iş qalmadı. Venesuela və Liviyada baş verənlər də ortadadır.

Əgər Çin neftlə təmin edilməzsə, ölkədə çox böyük daxili savaş başlayar. Ölkədə milyonlarla adam bir birini qətl edər. Çin də bunu bilir və addımlarını tam müharibə məntiqi ilə atmır. Çinin böyük xəyalı “İpək yolu” ilə Aralıq dənizi neftidir.

Ancaq ABŞ da bunu bilir. Bunu əngəlləmək üçün də Vaşinqton dünyanın ən gizli bucaqlarında belə, Pekinlə savaşır. Artıq Çinin geri çəkilmək imkanı qalmadı. Çünki əgər geri çəkilərsə, bir daha, 500 il sonra belə əsla böyük güc ola bilməz.

ABŞ-ın Huawei”yə qarşı olmasına da eyni gözlə baxmalıyıq. “Apple”in digər rəqibi “Samsung”a qarşı məkan daraltma məqsədilə addımlar atan ABŞ, əsla Cənubi Koreyanı casusluqda ittiham etmədi. Çünki Cənubi Koreyada əsl güc daima Vaşinqton özü oldu. Əgər Huawei” Cənubi Koreya şirkəti olsaydı, heç bir problem yaşamazdı.

ABŞ Ticarət naziri Uilbur Ross öncə Çinlə birlikdə yürüməkdən yana idi. Ancaq nə oldusa, bir anda dəyişdi, Çin əleyhdarı oldu. Ticarət əməliyyatlarının hamısı Uilbur Ross vasitəsilə aparılmağa başlandı. Bu, çox önəmlidir. Çünki Ross Rotşild ailəsinin ən etibar etdiyi şəxslərin başında gəlirdi. O, Tramp yıxılan zaman qolundan tutub qaldıran adam idi. Prezident Trampı batanda tutub çıxaran da o idi.

ABŞ-da Çinə qarşı olan koalisiya genişləndiyi halda, Çin Aralıq dənizində Huawei” və telekommunikasiya avadanlıqları istehsalçısı olan “ZTE Corp.” üçün xüsusi bir baza hazırladı. Ona görə də Aralıq dənizində gərginlik daha da artacaq. Çünki Huawei” “ZTE” Aralıq dənizində olarsa, ABŞ üçün çöküş başlamış olacaq.

Bu, iki böyük güc arasında olan savaşdır. Pekinin neftə çıxışını əngəlləmək istəyən ABŞ da, geri addım atmayan Çin də meydandadır.

ABŞ və NATO ilə qarşı-qarşıya gələn Türkiyə isə Avrasiya qanadındadır. Yəni, ABŞ-ın qarşısında.

Kisincer vasitəsilə gizlicə Putinlə görüşən bir ABŞ vardır. İndi Pompeo da gedir…

ABŞ Çini durdurmaq üçün neft istehsal edən ölkələrə təzyiq edir. Rusiya ilə isə, sanki, anlaşma yolunu seçir.

Bu mövcud şəraitdə Türkiyə Avrasiyadakı mövqeyini dəyişdirsə də, dəyişdirməsə də ortaya yeni strukturlar çıxacaqdır. 15 iyuldan sonra Ankaranın Moskava ilə yaxınlığının meydana çıxması öz növbəsində Türkiyənin ABŞ-NATO-Qərb ittifaqı ilə arasına məsafə qoymasını da gətirdi. Ankara, haqlı olaraq, yeni bir qütblə, yəni Moskva ilə bütünləşmənin yollarını aradı. Bilməliyik ki, ABŞ da, Çin də birbaşa özü ilə işləyən təşkilat istəyəcəkdir. Yəni, onlar birlikdə yürüyəcəyi partiyalarla dünyada qarşı-qarşıya gəlmək istəməzlər.

Hazırda bu barədə söhbət edilməsə də, AKP daxilində Avrasiya kartına etiraz edənlər olduğu kimi, CHP daxilində də ABŞ-NATO-Qərb ittifaqına qarşı sərt çıxanlar vardır. MHP-nin mövqeyi, doğrusu, aydındır. Daxili siyasətdə gəlinən nöqtə budur.

İstanbul seçkilərindən öncəmi, yoxsa sonramı olacağını bilmirəm. Ancaq dəqiq bilirəm ki, daxili siyasətdə yeni addımlar atılacaq.

Bir ucdan Çin, digər ucdan ABŞ asılıb. Hər bir güc burada sağlam ittifaq axtarışındadır. ABŞ-la Çin arasındakı çəkişmə güclənərsə, daxili siyasətdəki dalğalanma da güclənər. Bu, dəqiqdir.

Əgər siyasətə yeni şəxslər, yeni təşkilatlar gələcəksə, bu yolu pul açacaqdır.

Ergün Diler

“Takvim”, Türkiyə, 14 may 2019-cu il

Tərcümə Strateq.az-ındır

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA