TÜRKİYƏ: “ABŞ Karayılana zəhərli silah verib”

  • 2019-02-23 12:55:14
  • |
  • Region /

TÜRKİYƏ: “ABŞ Karayılana zəhərli silah verib”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu Yozgat vilayətinin Akdağmadeni rayonunda AKP-nin Seçki Koordinasiyası Mərkəzindəki çıxışı zamanı deyib: “ABŞ Murat Karayılana zəhərli silah verib. İlk dəfə söyləyirəm. Yanına biri gələrsə, zəhərli silahını atıb qarşısındakını vurmaq üçün. Elə deyilsə, “yox” desinlər. Böyük bir təhlükə ilə qarşı-qarşıyayıq. Hələ açılacaq çox məsələ, deyiləcək çox söz var. Bizim boynumuzu Qəndilin qarşısında əydirməyin”.

Türkiyəyə silah qaldırmış PKK terror təşkilatının başçısı Abdullah Öcalanın 1999-cu ildə həbs edilməsindən sonra terrorçulara Murat Karayılan başçılıq eləməyə başlayıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA