TÜRKİYƏ RUSİYANIN TƏSİR DAİRƏSİNƏ NİYƏ GİRMİR: Moskvanın Ankaraya təklif etməyə nəyi var? – Təhlil

TÜRKİYƏ RUSİYANIN TƏSİR DAİRƏSİNƏ NİYƏ GİRMİR: Moskvanın Ankaraya təklif etməyə nəyi var? – Təhlil

Nezavisimaya gazeta, 27.08.2019

Redaksiya məqaləsi

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın avqustun 27-də Moskvaya MAKS-2019 aviasalonuna gəlişi Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı (HTƏ) hansı yöndə davam etdirmək niyyətində olduğundan danışmağa bəhanə verib. “Rosoboroneksport”un başçısı Aleksandr Mixeyev əvvəllər mətbuatla söhbətdə qeyd edib ki, şirkət əməkdaşlığın bir neçə xətti, o cümlədən döyüş aviasiyası və HHM sistemləri üzrə Türkiyə rəhbərliyi ilə saziş əldə etməyi planlaşdırır. “Rosoboroneksport”da məlumat veriblər ki, Rusiya və Türkiyə tərəfləri “müxtəlif, o cümlədən ən yüksək səviyyədə” aviasiya mövzusunda məsləhətləşmələr aparır. Şirkətdə bildiriblər: “Biz 4++ nəsli (qırıcılar-“NG”) üzrə də danışıqlar və beşinci nəsil üzrə ilk sınaq məsləhətləşmələri aparırıq”. Ekspert mühitində ehtimal edirlər ki, Rusiya-Türkiyə əməkdaşlığının sıradakı mərhələsi Türkiyənin Su-35 təyyarələrini almağı, ya da Su-57 qırıcılarının istehsalının Türkiyədə lokallaşması ola bilər.

S-400 üzrə sazişin yekunlaşması Rusiya və Türkiyə arasında HTƏ-nin inkişafı haqda danışıqlar üçün impuls olub. Bəlli olduğu kimi, ABŞ bildirib ki, Türkiyənin kompleksləri almaq qərarı beşinci nəsil F-35 təyyarələrinin istehsalı proqramında onun sonrakı iştirakını mümkünsüz edir. NATO-da Türkiyənin aldığı S-400-ləri hərbi blokun raketə qarşı vahid müdafiə sisteminə daxil etməkdən ümumiyyətlə imtina ediblər. Respublika rəhbərliyi isə öz müttəfiqlərinin narahatlığına məhəl qoymayaraq S-400-ü NATO infrastrukturu üçün tamamilə təhlükəsiz adlandırıb. “Bu zaman Türkiyənin Qərblə mümasibətləri haqda sual etmək düzgün deyil, – Türkiyə lideri avqustun əvvəlində deyib. – Türkiyə üçün S-400-ün alqısı yalnız kommersiya addımıdır”. Ərdoğan ümidini ifadə edib ki, amerikalı həmkarı Donald Tramp özünü düzgün aparar “və S-400-lər mövzusunu ikitərəfli münasibətlərin girovu etməz”. Türkiyə həmişə eyham vurub ki, münasibətlər və silah sazişləri müxtəlif şeylərdir.

Ancaq Rusiya ictimai rəyi indiyədək S-400 üzrə sazişdə Türkiyənin Rusiyaya sarı geopolitik yön götürməyinin əlamətlərini görməyə meyllidir. RF ilə təkcə müdafiə sahəsində rəqabət cəhdlərində məğlubiyyəti deyil, həm də hərbi blok üzrə Yaxın Şərqdə müttəfiqi öz təsir orbitində saxlamaq bacarıqsızlığını Birləşmiş Ştatların ayağına yazırlar. Ankaranın S-400 üzrə ABŞ-ın tələbini yerinə yetirməkdən imtinasından sonra respublikanın Şimali Atlantika Alyansından tezliklə çıxacağı haqda fərziyyələr təəssürat doğuran idi, amma Türkiyə Qərblə hətta ən kəskin fikir ayrılıqları zamanı da NATO-ya ehtiyacını inkar etməyib. Duyum qalır ki, S-400 üzrə saziş və Suriya dosyesi üzündən Ankara və Qərb paytaxtları arasında artan gərginlik Türkiyəni istənilən durumda Rusiyanın yanında durmağa hazır olan “Rusiyayönlü” saymağa əsas verib.

Amma belə bir nəticə çıxrmaq son dərəcə lovğalıqdır. Ölkənin hər hansı nüfuz çevrəsinə qoşulmaq məsələsi bir və ya bir neçə silah sazişi çərçivəsindən xeyli geniş və xeyli ciddidir. S-400 alqısının münasibətlər haqda deyil, biznes haqda əhvalat olduğunu deyən Ərdoğanın özü də qismən buna işarə edir. Ölkənin hər hansı beynəlxalq oyunçunun nüfuz çevrəsinə girməyi bu oyunçunun təklif etdiyi sivil modellə uzlaşmanı göstərir.Bu mənada Vaşinqtonun Ankaraya verməyə nəyisə var. Türkiyə elitasının uşaqları Ştatlarda təhsil alır, Türkiyənin bank sistemi isə Qərbin ödəniş sistemlərinə düyünlənib. Əgər Türkiyə rəhbərliyinin sabah ABŞ administrasiyası ilə əlaqəni tam kəsəcəyi kimi güclü ehtimala yol verilsə, onda ona alternativ gərək olacaq. Rusiyanın indiki taktiki tərəfdaşına təklif etməyə nəyisə varmı? Bu sualın cavabı birmənalı görünür.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA