TÜRKİYƏ XƏRİTƏSİNİ DƏYİŞDİRƏCƏKDİLƏR

TÜRKİYƏ XƏRİTƏSİNİ DƏYİŞDİRƏCƏKDİLƏR

Erməni A.Öcalanın PKK-sı ilə erməni F.Gülənin FƏTÖ-sü arasındakı terror əməkdaşlığı

Hurriyet.org xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Mete Yarar dünən verdiyi açıqlamasında belə deyib: “Əgər 15 iyul çevriliş cəhdi uğurlu olsaydı, o zaman silahlı 35 min nəfərə yaxın terrorçu yeraltı tunellərlə Türkiyəyə sıçrayacaqdı. Çevrilişçilərin heç biri bunlarla mübarizə aparmayacaqdılar. Nəticədə Hatay, Qazientep, Kilis və bir çox rayonlar xəritəmizdən çıxarılacaqdı”.

Картинки по запросу TÜRKİYE HARİTASI DEĞİŞTİRECEKTİ

Yarar Türkiyənin sərhədlərindən xaricdə aparılan Afrin əməliyyatı barəsində, oradan Türkiyəyə doğru uzanan tunellər haqqında belə deyib: “Bu terrorçular dövlət olmadıqları halda, bu qədər pulu haradan alırlar? Bu, düşündürücü sualdır. 2 metr qalınlığında beton, hündürlüyü, 1,5 metrdir. Tamamilə qəfəs sistemi formasında inşa edilib. 100 km uzunluğundakı tunelin maliyyə dəyərinin nə qədər olduğunu bilirsinizmi?

Bu tinellər sadəcə Türkiyədən müdafiə olunmaq üçünmü hazırlanıb? Xeyr. Türkiyəyə hücum eləmək üçün tikiliblər. Əgər 15 iyul çevriliş cəhdi uğurlu olsaydı, o zaman silahlı 35 min nəfərə yaxın terrorçu yeraltı tunellərlə Türkiyəyə cıçrayacaqdı. Çevrilişçilərin heç biri bunlarla mübarizə aparmayacaqdılar. Nəticədə Hatay, Qazientep, Kilis və bir çox rayonlar xəritəmizdən çıxarılacaqdı. Daim soruşurlar: “Biz niyə Afrindəyik?”. Əslində, Afrina bizə barrikadalar dövründə gəldi. Beşiktaşda 40 nəfər polisimiz şəhid edilərkən gəldi, Ankarada Baş Qərargah qarşısında bomba partladılarkən gəldi, daim gəldi. Biz Afrinə getmədik, əvvəlcə Afrin bizə gəldi".

Hurriyet.org

Loading...

QALEREYA