TÜRKİYƏDƏN 8 ÖLKƏYƏ F-35 ÇAĞIRIŞI

  • 2019-04-17 13:21:11
  • |
  • Region /

TÜRKİYƏDƏN 8 ÖLKƏYƏ F-35 ÇAĞIRIŞI

Hurriyyet.org xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Patrik Şanahan ilə görüşdən sonra “Anadolu Agentliyi”nin müxbirinin suallarına cavab verib. “Görüş çox faydalı keçdi. Bir çox məsələni daha yaxşı anladıqlarını, bu məsələlərdə bizim mövqeyimizə çox yaxınlaşdıqlarını böyük məmnuniyyətlə müşahidə etdik” deyən Hulusi Akar F-35 hərbi təyyarələri ilə bağlı verilən sualın cavabında söyləyib: “Strateji ortaqlar olaraq, iqtisadiyyat və təhlükəsizlik məsələlərindəki səylərimizi davam etdirməkdəyik. Bundandan biri də F-35 məsələsidir. F-35 layihəsinin ortağıyıq. Biz ortaq olaraq, öz tərəfimizdən öhdəmizə düşən bütün vəzifələri tam şəkildə yerinə yetirdik və bunu bütün tərəflər qəbul edirlər. Eyni şəkildə bu layihənin ortağı olan digər 8 ölkənin də bizim qarşımızdakı vəzifələrini yerinə yetirmələrini gözləyirik. Görüşdə bu məsələni bir daha səsləndirdik”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA