TÜRKİYƏYƏ BÖHTAN ATDI - CAVABINI ALDI

TÜRKİYƏYƏ BÖHTAN ATDI - CAVABINI ALDI

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Reks Tillersonun PKK/YPG təşkilatından aldığı yalan məlumata əsaslanaraq “Türkiyəyə raket atılmadığı” açıqlamasının cavabını verib. Çavuşoğlu Tillersona müraciət edərək deyib: “Mənbələrini yoxla, bizimlə onların ağzı ilə danışma”.

“Habertürk” qəzetinin yazdığına görə, ABŞ xarici işlər naziri Reks Tillerson Afrindəki PKK/YPG mövqelərindən atılan raketlərlə bağlı Türkiyə tərəfinin verdiyi açıqlamadan sonra Mövlud Çavuşoğluna zəng edərək belə deyib: “Mövlud, nə baş verir? Dostlarımızın verdikləri məlumata görə, Türkiyəyə raket-filan atılmayıb”.

Çavuşoğlu isə cavabında deyib: “Dostlarınızın o məlumatları kimdən aldıqlarını bilmirəm, amma biz öz yaşadıqlarımızı, gördüklərimizi, öz dostlarımızın məlumatlarına diqqət veririk. Sən də məlumat mənbələrini yoxla. Bizimlə onların dili ilə danışma”.

Hurriyyet.org

Loading...

QALEREYA