TÜRKİYƏYƏ QARŞI QARANLIQ İTTİFAQ

  • 2019-04-17 14:41:07
  • |
  • Dünya /

TÜRKİYƏYƏ QARŞI QARANLIQ İTTİFAQ

Hurriyyet.org xəbər verir ki, Şərqi Aralıq dənizində Türkiyəyə qarşı qurulan Yunanıstan-İsrail ittifaqına Birləşmiş Ərəb Əmirlikləri də qoşulub. BƏƏ ötən həftə Yunanıstanın Mora yarımadasında keçirilən, İniohos-2019 hərbi təlimində İsrail ilə birlikdə iştirak edib. BƏƏ-ni ittifaqa ABŞ-ın daxil elədiyi bildirilir. Təlimdə diqqəti cəlb edən digər məsələ İsrail və İtaliyaya məxsus F-35 təyyarələrinin uçması oub.

İsraildə dərc edilən “Yerusəlim Post” qəzeti Yunanıstanda indiyə qədər keçirilən, ən böyük hərbi təlim olan İniohas-2019-da BƏƏ-nin hərbi təyyarələrinin İsrail, Yunanıstan və digər iştirakçı ölkələrin qüvvələri ilə yanaşı təlim keçdiyini yazıb.

Təlimlərin keçirildiyi Mora yarımadası Egey və Şərqi Aralıq dənizinin kəsişmə nöqtəsində yerləşir. 12 aprel tarixində başa çatan təlimlərdə BƏƏ, İsrail, ABŞ, İtaliya, Cənubi Kipr Yunan Respublikası və demək olar ki, bütün Yunanıstan hava qüvvələri, Girit donanması iştirak edib.

İsrail və BƏƏ təyyarələri Ege səmalarında qoşa uçublar.

Həmçinin İsrailin son dövrdə Yunanısran ilə quru, hava və dəniz qüvvələri sahəsində hərbi əməkdaşlığını gücləndirməsi diqqəti cəlb edir. İki ölkə birlikdə bir çox hərbi təlimlər keçiriblər. İsrailli pilotların, F-35, F-4, M-2000 və Tornado hərbi təyyarələrinin paytaxt Afina şəhəri üzərində yeddi təyyarə formasında nümayiş uçuşu etdikləri bildirilir.

Yunanıstanın müdafiə naziri Evangelos Apostolakis ABŞ-ın Larissa hərbi hava bazasından dron əməliyyatları üçün istifadə edib-eləməyəcəyi sualının cavabında deyib: “Bir çox təkliflərlə bağlı müzakirə mərhələsindəyik”.

ABŞ F-35-ləri körfəzdə

ABŞ Hava Qüvvələrinin ilk dəfə Yaxın Şərdə F-35 təyyarə dəstəsi göndərildiyi bildirilib. Amerikanın F-35 təyyarələri BƏƏ-də yerləşən Əl-Dafra hava bazasına göndərilib. Birləşmiş Ərəb Əmirliklərində yerləşən bu bazadan ABŞ Suriya Ərəb Respublikasında İŞİD-ə qarşı əməliyyatlarında istifadə edib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA