Türk diplomatlara QANLI HÜCUM - ÖLƏN VƏ YARALANANLAR VAR

  • 2019-07-17 17:37:47
  • |
  • Dünya /

Türk diplomatlara QANLI HÜCUM - ÖLƏN VƏ YARALANANLAR VAR

Hurriyyet.org xəbər verir ki, İraqın qədimdən türkmən yurdu olmuş, hazırda isə Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı olan Ərbil şəhərində Türkiyənin konsulluq işçilərinin içərisində olduğu bir restorana silahlı hücum edilib. “Anadolu Agentliyi”nin məlumatına görə, hücum zamanı restoranda nahar edən 1 nəfər konsulluq əməkdaşı şəhid olub, 2 nəfər yaralanıb. Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Ərbildəki Baş Konsulluğumuzun əməkdaşı şəhid oldu”.

Restoran Türkiyənin Ərbildəki konsulluğunun yaxınlığındakı Qırxlar küçəsində yerləşir. Restoran sahibinin sözlərinə görə, konsulluq əməkdaşları içəri daxil olduqdan sonra gələn mülki geyimli və iki silahlı terrorçu birbaşa konsulluq işçilərini hədəfə alaraq atəş açıb. Silahda susdurucu olduğu bildirilir. Hücum nəticəsində bir türk diplomat hadisə yerində şəhid olub, iki nəfər isə yaralanıb. Ərbil Asayiş Şöbəsinin rəisi Əbdülxaliq Tələt hadisə ilə bağlı təhqiqatın başladıldığını söyləyib. Terrorçuların yaxalanması üçün Ərbilin bütün yollarının polislər tərəfindən nəzarətə alındığı deyilir.

Ekspertlər hücumun arxasında PKK terror təşkilatının olduğunu bildirirlər.

https://www.ahaber.com.tr/webtv/gundem/erbildeki-turk-diplomatlara-saldirinin-arkasinda-pkk-var-video

“Röyerts” informasiya agentliyinin məlumatında isə Ərbildəki terror nəticəsində azı üç türk diplomatın şəhid olduğu iddia edilir. https://www.reuters.com/article/us-iraq-security/three-turkish-diplomats-shot-dead-in-iraqi-city-erbil-security-officials-idUSKCN1UC1H1

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA