“Türk əsgərlərinə və ASO-ya qarşı vuruşsanız, sərbəstsiniz” - Dara düşən PYD İŞİD quldurlarının qandallarını açdı

“Türk əsgərlərinə və ASO-ya qarşı vuruşsanız, sərbəstsiniz” - Dara düşən PYD İŞİD quldurlarının qandallarını açdı

Hurriyyet.org xəbər verir ki, PYD dara düşəndən sonra, həmkarları olan əsirləri sərbəst buraxıb.

Afrin şəhərindəki PYD/PKK terror təşkilatı həbsxanalarda saxladıqları İŞİD üzvlərini, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı döyüşəcəkləri şərti ilə azadlığa buraxıb. Bununla da bəzi qüvvələrin Yaxın Şərqi xaraba qoyub parçalamaq üçün yaratdıqları, zahirən düşmən görünən, saxta dini və milli ideologiyalar ətrafında birləşən iki nəhəng terror təşkilatının üzvləri artıq maskalarını ataraq çiyin-çiyinə döyüşməyə başlayırlar.

“Anadolu Agentliyi”nin etibarlı mənbələrdən aldığı məlumata görə terror təşkilatı Zeytun budağı əməliyyatında iştirak eləmələri üçün əsir saxladığı İŞİD terrorçularını həbsdən azad edib.

PYD/PKK bundan əvvəl də ABŞ-ın razılığı ilə Rakka şəhər mərkəzində mühasirəyə aldıqları İŞİD terrorçularını şəhərdən maşın karvanı ilə yola salmış, bunların mühüm bir hissəsi isə PKK-nın nəzarətində olan Suriya ərazisindəki sərhəd dağlarından Türkiyəyə sızmışdı.

İŞİD-in Suriyadan qopararaq PYD/PKK-ya təhvil verdiyi Rakka şəhərində isə erməni əsilli uşaq qatili Abdullah Öcalanın fotoları asılmışdı

Hurriyyet.org

Loading...

QALEREYA