Türk ordusu PYD/YPG-nin bazasına zərbələr endirdi: "Terror dəhlizinin yaradılmasına imkan verilməyəcək"

Türk ordusu PYD/YPG-nin bazasına zərbələr endirdi: "Terror dəhlizinin yaradılmasına imkan verilməyəcək"

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında yeni əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.

“RİA Novosti” xəbər verir ki, Türkiyə aviasiyası Suriyanın Haseke əyalətindəki PYD/YPG bölmələrinin bazasına zərbələr endirib.

“Suriyalıların təhlükəsizliyini təmin etmək üçün etibarlı bölgə və dəhlizin yaradılması zəruridir. Bu, bölgəmizin sabitliyinə və əmin-amanlığına töhfə verəcək. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı heç vaxt sərhədlərimizdə terror dəhlizinin yaradılmasına imkan verməyəcək”, – deyə nazirlik əlavə edib./report/