“Türkiyə-Rusiya əlaqələri Türkiyə-NATO əlaqələrinə alternativ deyil” - ÇAVUŞOĞLU

“Türkiyə-Rusiya əlaqələri Türkiyə-NATO əlaqələrinə alternativ deyil” - ÇAVUŞOĞLU

“Fransa prezidenti Emmanuel Makron Türkiyə-Rusiya-İran prezidentlərinin Ankarada keçirdiyi görüşdə iştirak etmək istədiyini bildirdi. Biz Rusiya prezidenti Vladimir Putinlə danışdıq, etiraz etmədi. İran prezidenti isə üç ölkənin görüşündən sonra Fransa ilə birlikdə də görüş keçirilməsini məqbul saydı”.

Hurriyyet.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Fransa prezidentinin bu görüşdə iştirak etmək istəməsinin Dumada kimyəvi silah tətbiqindən əvvəl olduğunu xatırladan M. Çavuşoğlu Fransa prezidentinin yalan danışdığını bildirib: “Bir ölkənin prezidenti belə yalan danışmamalıdır”.

M. Çavuşoğlu qeyd edib ki, Türkiyənin Rusiya ilə çox güclü əlaqələri var: “Ancaq bu əlaqələr Türkiyə-NATO əlaqələrinə alternativ deyil. Fransa prezidentini ciddi olmağa dəvət edirik”.

Qeyd edək ki, E. Makron Suriyaya zərbə endirərək Türkiyəni Rusiyadan ayırdıqlarını, Ankaranın kimyəvi hücumu pislədiyini söyləyib.Fransa prezidenti Suriyada sülhə nail olmaq üçün Türkiyə, Rusiya və İran ilə görüş keçirmək istədiyini, ancaq Dumada kimyəvi silah tətbiqi ilə əlaqədar görüşün baş tutmadığını bildirib./apa/

Loading...

QALEREYA