Türkiyə-Rusiya mədəniyyət və turizm ilinin açılışı – 2019-cu ildə Ərdoğanla Putin üçüncü dəfə görüşəcəklər

  • 2019-04-03 14:18:52
  • |
  • Region /

Türkiyə-Rusiya mədəniyyət və turizm ilinin açılışı – 2019-cu ildə Ərdoğanla Putin üçüncü dəfə görüşəcəklər

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan Türkiyə-Rusiya mədəniyyət və turizm ilinin açılışı və Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak eləmək üçün aprelin 8-də Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Əməkdaşlıq şurasının iclasından sonra prezidentlər Türkiyə-Rusiya mədəniyyət və turizm ilinin açılışı çərçivəsində Bolşoy Teatrın səhnəsində “Troya atı” operasına tamaşa edəcəklər.

Bununla da Ərdoğan ilə Putin 2019-cu ilin ilk dörd ayı ərzində üçüncü dəfə üzbəüz görüşmüş olacaqlar.

İki prezident ötən il 25 dəfə söhbət ediblər

Vladimir Putin ilə R.T.Ərdoğan 2018-ci ildə 7 dəfə üzbəüz, 18 dəfə telefonla olmaqla 25 dəfə danışıq aparıblar.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA