Türkiyə Afrin əməliyyatından əvvəl Rusiyaya xəbərdarlıq etdi: “HAMISINI BAĞLAYIN!"

Türkiyə Afrin əməliyyatından əvvəl Rusiyaya xəbərdarlıq etdi: “HAMISINI BAĞLAYIN!"

Hurriyyet.org xəbər verir ki, Türkiyə Afrin əməliyyatından əvvəl Rusiya hökumətinə xəbərdarlıq edərək, bölgədəki S-400 hava hücumundan müdafiə sistemlərinin bağlanmasını tələb edib.

Afrin əməliyyatı ilə bağlı Ankara-Moskva xəttində danışıqlar davam edir.

Həftə sonu Soçidə Rusiya-Türkiyə-İran görüşü

Rusiya Afrin ətrafında yaşanan son hadisələrin Suriya üçün hazırladığı yol xəritəsinə nə cür təsir göstərəcəyini görmək üçün həftənin sonunu gözləyəcək. Rusiya XİN mənbələrindən aldığımız məlumata görə, həftənin axırında Soçidə növbəti dəfə Rusiya-Türkiyə-İran məşəvərət görüşü keçiriləcək. Yanvarın 30-da keçirilməsi planlaşdırılan konqresdən əvvəl üçtərəfli məşvərət görüşündə Türkiyəni xarici işlər nazirinin müavini təmsil edəcək.

Hurriyyet.org

Loading...

QALEREYA