Türkiyə hərbçiləri Suriyada terrorçuları cavab atəşi ilə susdurdular

  • 2019-08-19 12:42:31
  • |
  • Dünya /

Türkiyə hərbçiləri Suriyada terrorçuları cavab atəşi ilə susdurdular

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Silahlı Qüvvələri Suriyanın Tel Rüfət bölgəsində PKK/PYD terrorçularının hücumlarına cavab verərək terror hədəflərini vurub.

Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Fərat Qalxanı əməliyyatının aparılmış olduğu bölgədə xidmət edən qüvvələrimizə terrorçular tərəfindən hücum və təcavüz atəşi edilib. Terrorçulara lazımi qarşılıq verilib, onlara məxsus hədəflər vurulub”.

Artıq üç ildir ki, YPG terrorçuları (PKK-nın Suriya qanadı) Suriyanın Tel Rüfət rayonuna nəzarət edirlər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA