Türkiyə ilə ABŞ arasında Suriyada ortaq xidmət qüvvələri YARADILDI

Türkiyə ilə ABŞ arasında Suriyada ortaq xidmət qüvvələri YARADILDI

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyadan çıxmaq prosesini koordinasiya eləmək üçün Türkiyə ilə ABŞ arasında ortaq xidmət qüvvələri qurulduğunu bildirib.

Çavuşoğlu İŞİD-ə qarşı Koalisiyanın Xarici İşlər Nazirləri İclası da daxil olmaqla, ABŞ-ın paytaxtı Vaşinqtondakı görüşlərindən sonra mətbuat konfransı keçirib.

Amerika hərbçilərinin Suriyanı tərk eləməsi və Türkiyənin Suriyada təhlükəsizlik qayğıları ilə əlaqədar ABŞ ilə Türkiyənin birgə çalışdığını söyləyən Çavuşoğlu ABŞ-ın Suriyadan çıxmaq prosesini koordinasiya eləmək üçün Türkiyə ilə ABŞ arasında ortaq xidmət gücünün qurulduğunu bildirib.

Menbiçin yol xəritəsində də gecikmələrin olduğunu xatırladan Çavuşoğlu, hava şəraitinin pisləşməsinə rəğmən, Menbiçin yol xəritəsinin həyata keçirilməsində irəliləyiş olduğunu gördüklərini söyləyib.

Çavuşoğlu YPG/PKK-nın hələ də Menbiçin daxilində olduğunu və təşkilatın Menbiçi tərk eləməsinin lazım olduğunu bildirərək ABŞ-ın bilərəkdən və ya bilməyərəkdən kürdlərlə YPG üzvlərini bir tutduğunu diqqətə çatdırıb.

Suriyanın şimal-şərqində qurulması planlaşdırılan təhlükəsiz bölgə ilə əlaqəli suallara cavab verən Çavuşoğlu Türkiyənin buna qarşı çıxacağını söyləyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA