Türkiyə Makronun qalmaqallı açıqlamasına SƏRT CAVAB VERDİ

Türkiyə Makronun qalmaqallı açıqlamasına SƏRT CAVAB VERDİ

Hurriyyet.org xəbər verir ki, Türkiyə dövlətinin prezident aparatının mətbuat katibi İbrahim Kalın Fransa prezidenti Emmanuel Makronun qondarma “erməni soyqırımı” nın xatirə günü keçiriləcəyini elan eləməsi ilə bağlı açıqlama verib. Kalın deyib: “Makronun aprelin 24-nü Erməni Soyqırımını Xatirə Günü elan edən açıqlamasını şiddətlə qınayırıq. Qondarma erməni soyqırımı iddiaları heç bir hüquqi əsası olmayab, tarixi həqiqətlərə zidd, siyasi bir yalandır. Türkiyə baxımından heç bir hökmü yoxdur.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə tarixi həqiqətlərin ortaya çıxması üçün Ortaq Tarix Komissiyası qurulması çağırışından qaçanlar, tarixi hadisələri manipulyasiya eləməyə çalışmaqdadırlar.

Keçmişimizi təhrif edərək tarixdən kin, nifrət və düşmənçilik çıxarmağa çalışanlara əsla fürsət verməyəcəyik. Heç kim Türkiyəni törətmədiyi bir cinayətə görə ittiham edə bilməz və tariximizə ləkə sala bilməz. Ölkəsində siyasi problemləri olan cənab Makronun vəziyyətdən çıxmaq üçün tarixi hadisələri siyasi materiala çevirməsini qınayır və rədd edirik.

Faciələri yarışdırmaq və siyasi materiala çevirmək siyasi və əxlaqi cinayətdir. Türkiyə Birinci Dünya müharibəsində baş verən hadisələri ortaq faciə və ədalətli yaddaş yanaşması vasitəsilə aydınlaşdırmaq üçün hər cür xoşniyyətli cəhdə dəstək olmağa davam edəcəkdir”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA