“Türkiyə məcburdur ki, ABŞ və Avropanın...” - SƏRDAR CƏLALOĞLU

“Türkiyə məcburdur ki, ABŞ və Avropanın...” - SƏRDAR CƏLALOĞLU

Türkiyə özünün dövləti və milli maraqlarını müdafiə etmək üçün ağıllı və uzaqgörən siyasət aparır. ABŞ və bəzi qərb dairələri açıq-aydın Türkiyə ilə bağlı layihə həyata keçirməyə çalışır. Türkiyə hökuməti bunu önləmək və özünü müdafiə məqsədilə Rusiya ilə əməkdaşlıq edir.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın Moskva səfərini şərh edən ADP sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a deyib.

ADP sədri əlavə edib ki, göz önündə İraq, Suriya, indisə Liviyanın dağıdılması prosesi gedir: “Yəmən kimi gözəl ölkə xaraba qoyulub. Bir müddətdən sonra Tunis və Əlcəzairdə də belə proseslər müşahidə olunacaq. Türkiyəni dağıtmaq məqsədilə də cəhdlər edildi. Lakin bu cəhdlər nəticə vermədi. Əgər qərb dairələri Türkiyənin dövlət maraqlarını gözləmir, qəbul etmir və ona müəyyən problemlər yaradırsa, bu halda Ərdoğan qərblə ziddiyyətlə olan Rusiya ilə dostluq etməlidir ki, ölkəsinə qarşı təzyiqləri neytrallaşdırsın”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, indi Türkiyənin İran və Rusiya ilə əməkdaşlıq etməsinin yeganə səbəbi odur ki, qərb dairələri Türkiyəyə qarşı Rusiya və İrana göstərdiyi münasibəti nümayiş etdirir:

“Türkiyə məcburdur ki, ABŞ və Avropanın eyni münasibət göstərdiyi ölkələrlə bir yerdə olsun. Təbii ki, Türkiyənin Rusiya və İranla daha yaxın əlaqələr Ankaranın qərblə münasibətlərdə gözləndiyi boşluqların yerini doldura bilər.

Odur ki, Türkiyə müdafiənin müdafiə qüdrətini və iqtisadiyyatını gücləndirmək məqsədilə əlavə potensial kimi Rusiya və İrandan istifadə etməkdir. Bu mənada hesab edirəm ki, Türkiyə-Rusiya münasibətlərində yaxınlaşma ABŞ-ın apardığı siyasətin reallığı nəticəsindən ortaya çıxıb”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA