Türkiyə, Rusiya və İran prezidentləri fevralda görüşəcəklər - SOÇİDƏ

  • 2019-01-30 11:53:17
  • |
  • Region /

Türkiyə, Rusiya və İran prezidentləri fevralda görüşəcəklər - SOÇİDƏ

Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında növbəti üçtərəfli görüş fevral ayında keçiriləcək.

Hurriyyet.org yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, görüşdə Suriyadakı vəziyyət müzakirə ediləcək: “Bu görüşün tarixi hələ dəqiqləşdirilməyib. Ancaq tərəflər ilkin variant olaraq fevralın 23-də Rusiyanın Soçi şəhərində bir toplantı keçirməyi qəbul ediblər”.

M.Boqdanov deyib ki, Suriyanın yeni Konstitusiyasının hazırlanması üzrə Komitə yaxın zamanlarda fəaliyyətə başlayacaq. O, komitə üzvləri siyahısının hazırlandığını da bildirib.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentləri arasında sonuncu üçtərəfli görüş 2018-ci il sentyabrın 7-də İran paytaxtı Tehranda keçirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA