“Türkiyə seçim etməlidir…” - ABŞ-ın NATO-dakı daimi nümayəndəsi

  • 2019-06-08 10:02:33
  • |
  • Dünya /

“Türkiyə seçim etməlidir…” - ABŞ-ın NATO-dakı daimi nümayəndəsi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) NATO-dakı daimi nümayəndəsi Key Deyli Hatçinson «CNBC» telekanalının efirindən bəyan edib ki, Türkiyə hökuməti Rusiyadan S-400 ZRK almaq niyyəti ilə ABŞ-dan F-35 qırıcıları əldə etmək sövdəsi arasında seçim etməlidir.

Hatçinsonun sözlərinə görə, Türkiyə «ya bunu, ya da digərini» ala bilər, amma hər ikisini yox. Əgər nəhayət ki, S-400 almağa qərar verərsə, o zaman artıq sifariş olunmuş F-35 qırıcılarını almayacaq.

Nümayəndənin fikrincə, Türkiyənin Rusiya istehsallı ZRK sistemi əldə etməsi Kremlə alyansı zəiflətmək imkanı verəcək.

Xanım Hatçinson əlavə edib ki, NATO-da hadisələrin inkişafını diqqətlə izləyirlər və alyans üçün heç bir təhlükə görmək istəmirlər. Onun sözlərinə görə, alyansın gücünü möhkəmlətmək və mümkün təhlükələri dəf etmək üçün lazım olan «dollarları qopartmaq» istiqamətində rəqabət olmamalıdır./azpolitika.info/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA