Türkiyə turistlərin alış-verişindən rekord gəlirlər qazanır: Ən çox xərcləyən kimlərdir?

Türkiyə turistlərin alış-verişindən rekord gəlirlər qazanır: Ən çox xərcləyən kimlərdir?

Türkiyəyə gələn turistlər bu ilin ilk 7 ayında qardaş ölkədə etdikləri alış-veriş həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70 faiz artıb. Bu ilin yanvar-iyul aylarında Türkiyədə etdikləri şopinq həcmini ötən illə müqayisədə 85 faiz artıran çinlilərin, xərclədiyi məbləğ orta hesabla 5 min lirəni keçib.

Dünyada 51 ölkədə "vergisiz alış-veriş" əməliyyatı həyata keçirilən Global Blue şirkəti 1996-cı ildən bu yana Türkiyədə 8 mindən çox pərakəndə satış nöqtəsində, şəhərlərdəki ƏDV-ni geri alma məntəqələrində və sərhəd keçid məntəqələrindəki 25 ekstradisiya nöqtəsində fəaliyyət göstərir.

Qeyd edək ki, Global Blue turistlərdə “Tax Free” alış-veriş xidməti göstərmək üçün dünyada 305 min firma ilə çalışan bir şirkətdir. Bu şirkətin açıqladığı rəqəmlərdən görünür ki, ən çox ərəblər Türkiyədə alver etməyi sevir. Eyni dövrdə bir vətəndaşın ortalama xərcləməsi baxımından birinci yeri 6 min 782 lirə ilə Qatar, ikinci yeri 6 min 441 lirə ilə Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yeri 5 min 412 lirə Almaniyanı təqib etdi.

Həmçinin, bu ilin ilk 7 ayında Türkiyədə etdikləri alış-veriş həcminə görə, İsrail, Misir, İraq və Liviyadan olan turistlər də diqqət çəkib.

Global Blue şirkətinin Türkiyə üzrə Baş ofisinin rəhbəri Səlim Seyhun, bu ilin ilk 7 ayında Türkiyəyə gələn xarici turistlərə ƏDV-nin qaytarılması (tax free) əməliyyatlarından çıxış edərək bildirib ki, bu il Türkiyə turistlərin şopinqindən keçən ilin eyni dövrünə görə 68 faiz artıq gəlir əldə edib.

Onun sözlərinə görə, alverdə lüks məhsullara həm çinlilər, həm də Körfəz ölkələrindən gələn ziyarətçilər daha çox maraq göstərir. Avropalı qonaqlar təəssüf ki, Türkiyədən ən çox alış-veriş edənlərin siyashısında deyil. Top 15-ə yalnız Almaniya daxil olub ki, onların əksəriyyəti də Almaniya vətəndaşı olan türklərdir, yay aylarında ölkələrinə, qohumlarına baş çəkməyə gəlirlər.

Global Blue rəsmisinin sözlərinə görə, çinlilər bu sırada ön yeri tutur. Belə ki, turistlər tərəfindən edilən alış-verişin 22 faizi çinlilərə məxsusdur və onların xərclədikləri məbləğ 85 faiz artıb. Avropada “tax free” ilə edilən alış-verişin 40 faizi çinlilərə məxsusdur və onlar əsasən lüks sayılan, dünyada məşhur olan markaları seçirlər. Çinlilər üçün ən çox onlayn ödəmə, rəqəmsal pul kisəsi ilə alış-veriş etmək çox əhəmiyyətlidir. Türkiyədə hesab edirlər ki, satış nöqtələrində rəqəmsal ödəniş sistemlərinin sayı artdıqca bu turistlərin xərcləməsi də artacaq. ,

Körfəz ölkələrindən olan turistlərin alış-veriş həcminsə isə müəyyən azalmalar qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan da turizmin inkişafına can atır. Bunun üçün ən çox üz tutulan regionlar isə Körfəz ölkələri və Çindir. Görünən odur ki, hökumət bu məsələdə haqlıdır. Çünki Türkiyə təcrübəsindən də göründüyü kimi, Avropa əhalisi xərcləməkdə maraqlı deyil. O mənada ölkəmizə Çin turistlərinin cəlb edilməsi istiqamətində iş aparılmalıdır./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA