Türkiyə XİN Moldovanı QINADI

Türkiyə XİN Moldovanı QINADI

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Moldovanın İsrailin Tel-Əviv şəhərindəki səfirliyini Qüdsə köçürəcəyi qərarı ilə bağlı açıqlamasında mövqeyini belə ifadə edib: “bu addımı böyük narahatlıqla qarşılayırıq. Fələstin məsələsinin ədalətli və daimi şəkildə həll edilməsi baxımından açar əhəmiyyətinə malik Qüdsün statusu məsələsinə daxili siyasət mülahizələri ilə yanaşılmasını, beynəlxalq hüquqdan öz mənafeyi üçün istifadə edilməsini qınayırıq”.

Açıqlamada beynəlxalq ictimaiyyətin bütün üzvləri BMT-nin Qüds ilə bağlı qəbul elədiyi qərarlara riayət eləməyə, Qüdsün tarixi və hüquqi statusuna hörmət göstərməyə, bölgədəki sabitliyin pozulmasına səbəb olacaq addımlardan çəkinməyə dəvət edilib.

Hurriyyet.org