Turkiyədə beynəlxalq kültür təşkilatının Azərbaycan təmsilçiliyi yaradılıb

Turkiyədə beynəlxalq kültür təşkilatının Azərbaycan təmsilçiliyi yaradılıb

Bu günlərdə Türkiyənin Bursa şəhərində keçirilən Beynəlxalq Folklor Festivalları Təşkilatının illik toplantısında bu quruma Azərbaycan da üzv seçilib.

“Hürriyyət”in Türkiyə bürosunun xəbərinə görə, bu barədə təşkilatın Azərbaycan təmsilçisi seçilən Ankarada uzun illərdir Azərbaycan rəqslərini gənc nəslə öyrədən Anka Azərbaycan Rəqs və Sənət Topluluğunun rəhbəri Dərya Akdemir müxbirimizə erdiyi açıqlamada bildirib. D.Akdemir qeyd edib ki, formal olaraq bir neçə ildir bu qurumla əməkdaşlıq etsələr də, artıq bu il qurum ona Azərbaycan təmsilçiiyini rəsmən etibar edib: “Bu qurum dünyada bir çox beynəlxalq kültür festivallarını həyata keçirən mötəbər bir qurumdur və bu qurumda Azərbaycanımızın təmsil olunması çox qürurverici bir haldır. Çox sevinirəm ki, bu qurumda Azərbaycanı təmsil etmək mənə nəsib olub. Çalışacağam ki, ölkəmizi ən layiqli bir şəkildə təmsil edim və iştirak etdiyim bütün tədbirlərdə Azərbaycan həqiqətlərinin layiqincə dünya ictimaiyyətinə çatdırılmasına öz dəstəyimi nümayiş etdirim, zəngin mədəniyyətimizin dünyaya təqdim olunmasında öz töhfəmi verim”.

Sevil, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA