Türkiyədə haranı qurdalasalar həmin əməllə məşğul olan azərbaycanlı qadınlar üzə çıxır... - ÜÇ ƏMƏLİYYAT, DAHA 5 QADIN

Türkiyədə haranı qurdalasalar həmin əməllə məşğul olan azərbaycanlı qadınlar üzə çıxır... -  ÜÇ ƏMƏLİYYAT, DAHA 5 QADIN

Türkiyənin Təhlükəsizlik Xidmətinin əməkdaşları son 3 gün ərzində ölkənin müxtəlif ərazilərində fahişəliklə məşğul olanlara qarşı əməliyyatlar keçiriblər. Qadınları cinsi istismara məruz qoyan şəslər saxlanılıb, fahişəliyə cəlb olunanlar arasında 5 azərbaycanlı qadın da var.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, iyul ayının 5-də Kocaeli vilayətinin İzmit ilçəsində yerləşən otellərdən birində fahişəliklə məşğul olanlarla bağlı əməliyyat keçirilib. Nəticədə oteldə çalışan 6 nəfər saxlanılıb. Bunlar 23 yaşlı otel sahibi E.K, onun atası, 56 yaşlı V.K, əmisi, 45 yaşlı O.K, sürücü və otelin qeydiyyat şöbəsində çalışan iki işçidir. Fahişəliyə cəlb olunan 4 əcnəbi qadın isə ölkələrinə deportasiya edilib. Onların 2-si azərbaycanlıdır.

İyulun 7-də Karaman bölgəsində həyata keçirilən əməliyyat zamanı isə 2-si qadın olmaqla 3 nəfər saxlanılıb. 58 yaşlı K. Şaban adlı şəxsin 48 yaşlı azərbaycanlı Zevinar və onun 49 yaşlı bacısı Ninanı pul qarşılığında cinsi istismara məruz qoyduğu ortaya çıxıb.

Daha bir əməliyyat isə Trabzonun Çömlekçi məhəlləsində yerləşən otellərdən birində ötən gün gecə saatlarında həyata keçirilib. Əməliyyat nəticəsində fahişəliyə cəlb olunmuş 1 Azərbaycan, 2 Özbəkistan, 1 Rusiya və 3 Türkiyə vətəndaşı olan qadınlar saxlanılıb.

Otelin səlahiyyətlisi C.Ö və işçisi T.K “fahişəliyə cəlb etmə, ara düzəltmə və zorlama” ittihamı ilə saxlanılıb, sonra isə nəzarət şərtilə sərbəst buraxılıblar. Başqa bir otelin əməkdaşı A.K. isə həbs edilib. Əcnəbi qadınlar öz ölkələrinə göndəriliblər.