Türkiyədə naxçıvanlı makulatura toplayıcısının yanmış nəşi 3 gün sonra tapıldı - SOYADI BİLİNMİR

Türkiyədə naxçıvanlı makulatura toplayıcısının yanmış nəşi 3 gün sonra tapıldı - SOYADI BİLİNMİR

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Iğdır vilayətində Azərbaycanın Naxçıvan bölgəsindən olan Həsən adlı şəxs 4 gün bundan əvvəl, yaşadığı xaraba (tərk edilmiş, uçuq) evin yanması nəticəsində həlak olub.

Tullantı kağızları toplayıb makulatura məntəqələrinə təhvil verməklə dolanan 55 yaşlı adamın cansız bədənini həmin məhəllədə yaşayan uşaqlar tapıblar. Naxçıvanlı kişini bir neçə gün görmədikləri üçün narahat olan uşaqlar dünən onun yaşadığı, Bağlar Məhəlləsi Cami küçəsindəki ikimərtəbəli uçuq binaya daxil olublar. Yerdə hərəkətsiz yatan kişini görən uşaqlar öz ailələrinə xəbər veriblər. Ailələr polisə müraciət ediblər. Polislər hadisə yerində araşdırma apararaq, mərhum Həsənin təqribən 3 gün əvvəl yanaraq öldüyünü aşkar ediblər. Polis və yanğınsöndürən briqadaları soyadı bilinməyən və adı Həsən olan şəxsin qaldığı atılmış evdəki yanğının səbəbini aşkara çıxarmaq üçün hadisə yerində araşdırma aparıblar. Prokurorluğun araşdırmasından sonra Həsənin nəşi Iğdır Dövlət xəstəxanasının morquna aparılıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA