“Türkiyədə ordu-dövlət inteqrasiyası qüvvətlənəcək”

“Türkiyədə ordu-dövlət inteqrasiyası qüvvətlənəcək”

Təqaüddə olan polkovnik Coşkun Başbuğ: “Son yeniliklər ordu-dövlət inteqrasiyasında böyük rol oynayacaqdır”

Hurriyyet.org xəbər verir ki, təqaüddə olan türk polkovnik Coşkun Başbuğ Türkiyədə prezident idarə-üsulunun ilk kabineti barəsində açıqlamalar verib. O deyib: “Son yeniliklər ordu-dövlət inteqrasiyasında böyük rol oynayacaqdır”.

Türkiyə, prezident R.T.Ərdoğanın andiçmə mərasiminin keçirilməsindən sonra yeni idarəçilik sisteminə keçib. Mərasimdən dərhal sonra prezident Ərdoğan yeni Hökumət Sisteminin ilk kabinetini təsdiq edib. Yeni kabinetdə diqqət çəkən adlardan biri – Baş Qərargah rəisi Hulusi Akarın Milli Müdafiə Nazirliyinə gətirilməsi olub.

Akarın yerinə isə Baş Qərargah rəisi vəzifəsinə general Yaşar Güler təyin edilib. Təqaüddə olan polkovnik Coşkun Başbuğ Türkiyə Silahlı Qüvvələrində keçirilən yenidənqurmaya işarə edərək deyib: “Türkiyə Silahlı Qüvvələri heyətinin əhatə dairəsi indiyə qədər Baş Qərargah rəisinə qədər idi. İndi isə Milli Müdafiə Nazirliyinə qədər genişləndi”.

Türkiyə Respublikası tarixinin ən mühüm demokratik idarəçilik sistemlərindən olan yeni Hökumət Sistemində “ordu-dövlət” əlaqəsinin qüvvətlənəcəyini bildirən Başbuğ söyləyib: “Son yeniliklər ordu-dövlət inteqrasiyasında böyük rol oynayacaqdır”.

Hurriyyet.org

Loading...

QALEREYA