Türkiyədə polislərə hücum: 1 ÖLÜ, 2 YARALI

  • 2019-05-18 12:01:11
  • |
  • Region /

Türkiyədə polislərə hücum: 1 ÖLÜ, 2 YARALI

Türkiyənin Şanlıurfa vilayətinin Halfeti rayonunda xidmət aparan polis əməkdaşları PKK terrorçularının hücumuna məruz qalıblar.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, mayın 18-də gecə saatlarında baş verən atışma nəticəsində 1 polis əməkdaşı həlak olub, 2-si yaralanıb. Hücum edən terrorçulardan ikisi məhv edilib.

Konyada isə polis qüvvələri İŞİD terror qruplaşmasına qarşı uğurlu antiterror əməliyyatı keçiriblər. Şübhəli şəxs qismində həbs olunan 9 nəfərin terrorçu kimi təlim gördükləri müəyyən olunub. Saxlanılanlar İraq və Suriya əsilli şəxslərdir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA