Türkiyədə xüsusi əməliyyat: 600-dən çox saxlanılan var

  • 2019-05-18 15:34:06
  • |
  • Region /

Türkiyədə xüsusi əməliyyat: 600-dən çox saxlanılan var

Türkiyənin bütün əyalətlərində keçirilən xüsusi əməliyyatlar nəticəsində 655 nəfər saxlanılıb.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, əməliyyatlar qeyri-qanuni qumar oyunlarının təşkilatçılarına qarşı keçirilib.

Əməliyyatlara 6,9 min polis əməkdaşı cəlb edilib. Əməliyyat zamanı həmçinin 1 kiloqramdan artıq narkotik və 8 ədəd odlu silah aşkarlanıb.

Qeyd edək ki, Türkiyədə 1996-cı ildən bir sıra qumar oyunları qadağan edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA